Bakıda kişi şadlıq evində özünü asdı

Bakıda intihar hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonu ərazisindəki şadlıq evlərindən birində qeydə alınıb.

Orada elektrik işləyən, 1956-cı il təvəllüdlü Şahin Soltanov iş yerində özünü asıb.
İntiharın səbəbləri məlum deyil.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılır.