Bakıda kişi sirkə turşusu içib özünü öldürdü

  • Müəllif: Sənan
  • 21 May 2024 12:07

Bakıda intihar hadisəsi olub.

Gununsesi.info xəbər verir ki, hadisə Xəzər rayonu Buzovna qəsəbəsində qeydə alınıb.

47 yaşlı R.Dadaşov yaşadığı evdə sirkə turşusu içərək özünü öldürüb.

Onun son günlər depressiv vəziyyətdə olduğu və keçirdiyi psixoloji gərginlik səbəbindən intihar etdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info