Bakıda kişi vəsiyyət edib özünü güllələdi

Bakıda intihar hadisəsi olub.

Gununsesi.info xəbər verir ki, hadisə Yasamal rayonu A.Abbasov küçəsində baş verib. 64 yaşlı Telman İbrahim oğlu İbrahimov tək yaşadığı evdə ov silahından başına atəş açaraq özünü öldürüb.

Məlumata əsasən, o, hadisəni törətməzdən əvvəl məktub yazıb. Həmin məktubda bir sıra xəstəliklərdən əziyyət çəkdiyini bildirərək, ailə üzvlərinin yanında dəfn olunmasını vəsiyyət edib.

Faktla bağlı araşdırma aparılır.