Bakıda kişi yarım kiloqram heroinlə tutuldu

Bakıda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Gununsesi.info xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Nəsrullayev Əflatun Məmməd oğlu saxlanılıb.

HTML tutorial

Üzərindən 503,4 qram heroin və 19,677 qram metamfetamin aşkar olunaraq götürülüb.

Fakta görə cinayət işi başlanılıb.

Gununsesi.info