Bakıda konsert verən Filipp Kirkorovun atası Qarabağdakı erməni ordusuna pul göndərdi…

  • By admin
  • 10 Oktyabr 2020 11:07

Bakıya xüsusi dəvətlə gələn Kirkorovun atası düşmən əsgərlərinə milyonlarla pul yardım etdi.

Rusiya estradasının ulduzu Filip Kirkorov keçən il – 2019-cu ilin 24 iyulda Bakıya ailəsi ilə birlikdə gəlib “Jara” festivalında iştirak etmişdi. Bəziləri bu gəlişi xüsusi qeyd edib, onunla, Bakıya gətirdiyi uşaqları ilə birlikdə şəkil çəkdirməklə fəxr edirdilər, Aygün Kazımovanın da onunla birlikdə mahnı oxuması yaddan çıxmayıb. 

Həmin Filip Kirkorovun atası bizim əsgərlərə güllə atan düşmənə yardım kampaniyası keçirib. 

Gununsesi.info xəbər verir ki, Lragir.am erməni saytının yaydığı məlumata görə, Filip Kirkorovun atası, Rusiyanın xalq artisti Bedros Kirkorov diasporla birlikdə Qarabağ üçün 2 milyon 600 min rubl (təqribən 33 min dollar) pul toplayıb. 

“Mən və erməni diasporunun nümayəndəsi  Reutovdan olan dostumla birlikdə dünən – bir gün əvvəl 2 milyon 600 min rubl (33 min dollar) pul yığdıq. Bir dondurucu treyleri doldurduq və maşın bu gün Putinin ad günündə yola çıxmalı idi. Ancaq, gürcülər orada su bulandırırlar, onları Ermənistana buraxmaq istəmirlər. Deyilənə görə buraxmalıdırlar” – Kirkorovun atası Bedros Kirkorov belə deyib.

Bedros Kirkorov qeyd edib ki, pul yığmaq azdır, petitsiya hazırlayıb  BMT və digər beynəlxalq təşkilatlara göndərilməlidir…

Gununsesi.info