Bakıda koronavirus aşkarlanması səbəbindən 4 sinif distant təhsilə keçib

  • By admin
  • 21 Sentyabr 2020 22:30

Bakıda müəllim və şagirdlərdə koronavirusun aşkar edilməsi səbəbindən 4 sinfin fəaliyyəti distant formaya keçirilib.

Təhsil Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, ötən günlər ərzində şagirdlər arasında məktəbdaxili yoluxma halına rast gəlinməyib.

Qeydə alınmış yoluxmaların ailədaxili şəraitdə baş verməsi müəyyən edilib.

 

 

Gununsesi.info