Bakıda körpələr evində yanğın olub –  18 uşaq xilas edilib

  • By admin
  • 14 Aprel 2017 20:40

fhn yangin masin

 

Bakıda körpələr evində yanğın olub.

Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, hadisə paytaxtın Pirallahı rayonunda baş verib.

Ümumi sahəsi 450 m² olan ikimərtəbəli “Cırtdan” körpələr evinin zirzəmisində 3 m² sahədə məişət tullantıları yanıb. Yanğın zamanı otaqlardan 18 nəfər azyaşlı uşaq yanğınsöndürənlər tərəfindən xilas olunub. Körpələr evinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Gununsesi.info