Bakıda körpüdə qadını avtomobil vurub

  • By Günel
  • 06 Dekabr 2024 08:32

Bakının Nizami rayonunda “Əzizbəyov” körpüsündə qadını maşın vurub.

Gununsesi.info xəbər verir ki, hadisə Qara Qarayev prospektində qeydə alınıb.

Belə ki, “Əzizbəyov” körpüsünün üzərində 1989-cu il təvəllüdlü Abbasova Pərvin Mahir qızı yol kənarı ilə hərəkət edərkən onu minik avtomobili vurub.

Yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

Gununsesi.info