Bakıda körpünün çökməsi ilə bağlı RƏSMİ AÇIQLAMA – YENİLƏNİB – VİDEO

  • By admin
  • 13 Dekabr 2023 10:08

Bakıda körpüdə çökmə ilə bağlı açıqlama verilib.

Gununsesi.info xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, Nəsimi rayonu Əbdülvahab Salamzadə küçəsi ilə Tbilisi prospektinin kəsişməsində yerləşən yol ötürücüsünün üzərində (“Qələbə dairəsi”ndən Ziya Bünyadov prospekti istiqamətində) asfalt-beton örtüyünün bir hissəsində aşınma yaranıb.

“Hazırda asfalt-beton örtüyünün aşınmış hissəsi bərpa olunur. Qısa müddət ərzində problem aradan qaldırılacaq”, – məlumatda deyilir.

***08:55

Bakıda körpünün üzərində yaranmış çökmə tıxaca səbəb olub.

Bu barədə Gununsesi.info-ya Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

“Əbdülvahab Salamzadə küçəsi, körpünün üzərində yolun sağ zolağında yaranan çökmə səbəbindən küçənin hər iki istiqamətində və “Qələbə” dairəsində sıxlıq yaranıb. Sürücülərdən nəzərə almaları xahiş edilir”, – Mərkəz diqqətə çatdırıb.

Gununsesi.info