Bakıda Kraliçanın taxta çıxmasının 70 illiyi və doğum günü qeyd olunub - FOTOLAR

  • By admin
  • 02 İyun 2022 13:35

Böyük Britaniyanın Azərbaycandakı səfirliyi kraliça II Yelizavetanın taxta çıxmasının 70 illiyi münasibətilə təntənəli qəbul təşkil edib.

Gununsesi.info-nun xəbərinə görə, hökumət, parlamnet, ictimai-siyasi və media təmsilçilərinin qatıldığı tədbirdə çıxış edən  Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp qonaqları salamlayaraq, Azərbaycan və Britaniya arasındakı əlaqələrdən danışıb.

HTML tutorial

Onun sözlərinə görə, hökumətlərarası münasibətlərin çoxşaxəli olduğunu qeyd edib:

“Son 30 il ərzində iki ölkə arasında diplomatik əlaqələr daha da genişlənib, dərinləşib və strateji tərəfdaşlıq güclənib”.

Şarp qeyd edib ki, ikitərəfli tərəfdaşlıq Avropanın enerji təhlükəsizliyində əməkdaşlıq, investisiyalar, qeyri-neft sahəsinin inkişafı, Ukrayna xalqına və hökumətinə dəstək kimi fəaliyyət istiqamətlərini əhatə edir.

Şarp, həmçinin Azərbaycan prezidentinin kraliçaya Qarabağ atı hədiyyə etdiyini qeyd edib.

Azərbaycan hökümətini təmsil edən energetika naziri Pərviz Şahbazov iki ölkə arasında yüksək səviyyəli siyasi münasibətlər qurulduğunu qeyd edib, iqtisadi, humanitar və digər sahələrdə də əlaqələrin inkişafından danışıb.

O, həmçinin Azərbaycanın neft-qaz sahəsində BP ilə strateji əməkdaşlıqdan məmnunluğunu ifadə edib. “XXI əsrin Cənubi Qafqaz boru kəmərinin, TAP və TANAP boru kəmərlərindən ibarət nəhəng infrastrukturun ərsəyə gəlməsi, Şahdəniz qazının Avropa bazarlarına nəqlinin gerçəkləşdirilməsi kimi nailiyyətlərin hər birində Böyük Britaniyanın siyasi dəstəyinin, BP-nin xidmətlərinin rolu danılmazdır”.

Nazirin sözlərinə görə, 44 günlük müharibədə Britaniya Azərbaycana ciddi dəstək verib.

Pərviz Həşimli

Gununsesi.info