Bakıda kran doqquzmərtəbəli yaşayış binasının üzərinə aşdı - VİDEO / FOTOLAR

  • By admin
  • 04 Sentyabr 2020 14:29

Bu gün günorta saatlarında Azadlıq prospekti ilə Nəsib bəy Yusifbəyli küçəsinin kəsişməsinə yaxın ərazidə kran aşıb.

Azadlıq prospekti ilə Nəsib bəy Yusifbəyli küçəsinin kəsişməsinə yaxın ərazidə kran aşıb.

Gununsesi.info xəbər verir ki, bu barədə BNA-nın mətbuat katibi Mais Ağayev məlumat yayıb.

O qeyd edib ki, hadisə bir az əvvəl baş verib. Bunu nəzərə alaraq həmin istiqamətdə hərəkət edən sürücülərdən alternativ küçələrdən istifadə etmələri xahiş edilib.

***

Səhiyyə Nazirliyindən Gununsesi.info-ya daxil olan məlumata görə, Mövsüm Sənani 29 ünvanında kranın aşması barədə məlumat təcili yardıma saat 14:04-də daxil olub. Bədbəxt hadisə nəticəsində 1 nəfər ölüb.

 



⚠️ Bir az əvvəl Azadlıq prospekti ilə Nəsib bəy Yusifbəyli küçəsinin kəsişməsinə yaxın ərazidə kran aşıb.ℹ️ Bunu nəzərə alaraq həmin istiqamətdə hərəkət edən sürücülərdən alternativ küçələrdən istifadə etmələrini xahiş edirik.

Publicerat av Mais Aghayev Fredag 4 september 2020

 

 

 

Gununsesi.info