Bakıda kriminal aləmə yaxın şəxs qətlə yetirildi -FOTOLAR

  • By admin
  • 11 Dekabr 2021 09:40

Bakıda kriminal aləmə yaxınlığı ilə tanınan Allahverdi Mirzəyev həyətində güllələnərək qətlə yetirilib.

Gununsesi.info  xəbər verir ki, hadisə qətlə yetirilən 1978-ci il təvəllüdlü Mirzəyev Allahverdi Ağaşirin oğlunun öz evinə gəldiyi zaman, gecə saat 22 radələrində paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində Hövsan südçülük sovxozunda qeydə alınıb.

HTML tutorial

Naməlum şəxslər 43 yaşlı Allahverdi Mirzəyevin evinə gələrək onu çənəsindən atəş açaraq qətlə yetiriblər. O, hadisə yerində keçinib. Hadisənin kriminal aləmə aid söhbət üstündə baş verdiyi bildirilir. Qətlin kim tərəfindən törədildiyi hələlik məlum deyil.

Məlumata görə, A.Mirzəyevin özü də bir neçə il öncə qətl hadisəsi törədib. O, bu səbəbdən uzun müddət həbsdə yatıb. İllər öncə törədilən bu qətl hadisəsinin də Allahverdi Mirzəyevə məxsus evin həyətində baş verdiyi bildirilir.

A.Mirzəyevin sonu “313”lə nömrə ilə bitən “Mercedes Galendevagen” idarə etdiyi qeyd olunur. O, elə bu maşınla da tanınıb.

Qeyd edək ki, Allahverdi Mirzəyevin ölümü ilə bağlı Xəzər Rayon Prokurorluğunda cinayət işi başlanıb.

Gununsesi.info