Bakıda küçədə zibil qabından odlu silah tapıldı

  • By admin
  • 29 Sentyabr 2019 13:48

Bakıda küçədən silah tapılıb.

Gununsesi.org-un məlumatına görə, hadisə paytaxtın Xətai rayonu ərazisində baş verib.

Bakı şəhər sakini 1984-cü il təvəllüdlü Dəmirov Coşqun Rauf oğlu Xətai rayonu, Cavanşir küçəsi, ev 4-ün qarşısındakı zibil qabından qara rəngli sellofana bükülmüş vəziyyətdə olan tapança və darağını tapıb. O, silah və darağı könüllü olaraq polisə təqdim edib.

Faktla bağlı araşdırma aparılır.

 

 

Gununsesi.org