Bakıda külək binanın eyvanını uçurdu, xəsarət alan var

  • By admin
  • 11 Noyabr 2021 11:47

Bakıda güclü külək nəticəsində balkon uçub.

Hadisə paytaxtın mərkəzindəki binalardan birində baş verib.
Paytaxtın Səbail rayonu ərazisindəki yaşayış binasının balkonu da baş vermiş uçqun nəticəsində ərazidən keçən Bakı şəhər sakini, 2001-ciil təvəllüdlü Şıxəliyeva Diana Xəyal qızı baş nayihəsində müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Kliniki Tibbi Mərkəzin Mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu Trend-ə faktı təstiqləyib.

Gununsesi.info