Bakıda külli miqdarda qızıl-zinət əşyaları oğurlandı

Bakıda mağazadan külli miqdarda pul, qızıl-zinət əşyaları və pulqabı oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə Gununsesi.info-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

HTML tutorial

Bildirilib ki, Yasamal Rayon Polis İdarəsinin (RPİ) 26-cı Polis Bölməsinə rayon ərazisindəki mağazaların birində M.Hacıyevanın içərisində 200 manat, 1000 ABŞ dolları, 1350 manat dəyərində qızıl-zinət əşyaları və 2 ədəd bank kartı olan pulqabısının oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bərdə rayon sakini S.Məmmədzadə müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info