Bakının Xətai rayonunda bıçaqlanma ilə nəticələnən kütləvi dava baş verib.
Gununsesi.info xəbər verir ki, NZS qəsəbəsində 18 yaşlı Mustafayev Fərid Müşfiq oğlu və 1998-ci il təvəllüdlü Əhmədov Zöhrab İsmayıl oğlu ümumilikdə 4 nəfər tanımadığı şəxslə dava edib.
Nəticədə adları qeyd edilən hər iki şəxsin bədənlərinin müxtəlif nahiyələrinə bıçaq zərbələri vurulub. Yaralılar 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırmalara başlayıb.
Gununsesi.info