DİN-dən Bakıda baş verən kütləvi dava barədə AÇIQLAMA -YENİLƏNDİ

  • By admin
  • 14 Aprel 2023 21:32

“Qaradağ RPİ-nin 10-cu Polis Bölməsində təhqiqat araşdırmaları aparılır”.

Gununsesi.info xəbər verir ki, bu sözləri DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Qaradağ rayonu, Lökbatan qəsəbəsində baş vermiş kütləvi dava barədə açıqlamasında qeyd edib.

“Müvafiq məhkəmə tibbi ekspertizası təyin olunub. Araşdırmanın nəticəsindən asılı olaraq, əmələ hüquqi qiymət veriləcək”.

20:36

Bakıda kütləvi dava olub.

Gununsesi.info xəbər verir ki, hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsində qeydə alınıb.

Bir qrup şəxs arasında başa verən davada Abşeron rayon sakinləri – 43 yaşlı Novruz Hüseynov və 40 yaşlı Əli Yaqubov xəsarət alıb.

Hadisə barədə polisə məlumat verilib. Daxil olan məlumat əsasında Qaradağ Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.

Hazırda davanın digər iştirakçılarının müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Gununsesi.info