Bakıda kütləvi dava: xəsarət alan var

  • By admin
  • 13 Mart 2022 09:19

Bakıda kütləvi dava olub.

Gununsesi.info xəbər verir ki, hadisə Nərimanov rayonunda qeydə alınıb. Belə ki, bir neçə nəfər arasında yaranan mübahisə kütləvi dava ilə nəticələnib. Hadisə zamanı 2004-cü il təvəllüdlü Şeləmənov Zaur Rauf oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona burun sümüyünün sınığı və bədənin müxtəlif dərəcəli əzikləri diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Gununsesi.info