Bakıda “Luna park”da OĞURLUQ

  • By admin
  • 08 Fevral 2018 16:34
Bakıda istirahət mərkəzlərindən birindən oyun aparatları oğurlanıb.
Gununsesi.info “report”a istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonunda yerləşən, hazırda fəaliyyət göstərməyən “Luna park” istirahət mərkəzində qeydə alınıb.
Məlumata görə, “Luna park”da olan əlvan metaldan hazırlanan oyun aparatları oğurlanıb.
Hazırda hadisəni törədən şəxsin axtarışları davam etdirilir.
Gununsesi.info