Bakıda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada yanğın olub

  • By admin
  • 01 Mart 2020 15:04

Bakı şəhərinin Nizami rayonunda məcburi köçkünlərin məskunlaşdığı üçmərtəbəli yataqxana binasının 1-ci mərtəbəsində, ümumi sahəsi 12 m² olan otaqda 1 ədəd dolab və televizor yanıb.

Gununsesiaz.info-nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yataqxana binası yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.