
Binəqədi rayonunda 283 saylı orta məktəbin şagirdi, 2004-cü il təvəllüdlü Gülcan Hafiz qızı İsmayılova itkin düşüb. Gununsesi.info-nun məlumata görə, hadisə mayın 31-də qeyd alınıb. Ailəsindən bildirilib ki, Gülcan İsmayılova məktəbdən çıxdıqdan sonra itkin düşüb. Şagirdin tapılması istiqamətində Binəqədi rayon Polis İdarəsi axtarışlar aparır.
Gülnaz Qənbərli