Bakıda məktəbdə şagird sinif yoldaşını bıçaqladı

Bakıda məktəbdə şagird bıçaqlanıb.

DİN-in Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Gununsesi.info-nun sorğusuna cavab olaraq bildirib ki, Sabunçu rayonu ərazisində yerləşən məktəblərin birində şagirdin sinif yoldaşına kəsici alətlə daxilə nüfuz etməyən xəsarət yetirməsi barədə polisə məlumat daxil olub: “Məktəblinin xəsarət alması ilə əlaqədar onun valideyni ilə birlikdə təhqiqata təmin edilərək zəruri istintaq hərəkətlərinin aparılması məqsədi ilə araşdırma aparılır”.

 

Gununsesi.info