Bakıda mənzildə 2 tələbə ilə 3 futbolçu dəm qazından öldü - YENİLƏNİB

  • By admin
  • 02 Yanvar 2017 14:50

3258a91815fa5e5b1dbde666830f33f9

 

Bakıda mənzildə 5 nəfərin meyiti aşkarlanıb.

Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Yasamal rayonunda mənzildə 5 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilə pəncərədən daxil olub və kirayədə qalan, Kamerun Respublikasının vətəndaşı olan 5 nəfərin cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

***

Bakıda mənzildə meyitləri tapılan əcnəbi futbolçuların çıxış etdiyi klub müəyyən edilib.

Məlumata görə, kamerunlu Pau Taken, Nikbenti Nombiye Leves və Nzemele Ezzambe Linusme həvəskarlar arasında Bakı kənd və qəsəbələrinin çempionatında çıxış edən “SabunçuSpor” klubuna çıxış ediblər.

Senan Nike əvvəllər “SabunçuSpor”un üzvü olsa da, sonradan klubdan kənarlaşdırılıb.

Qeyd edək ki, Bakının Yasamal rayonunda mənzildə Kamerun Respublikasının vətəndaşı olan 5 nəfərin meyiti tapılıb. Orada kirayədə yaşayan, Kamerun Respublikasının vətəndaşları – Njonyoh Nans Ekum, Nzemele Ezzambe Linus, Nikbenti Nombiye Leves, Senan Nike və Taken Pau Ata dəm qazından boğularaq ölüb.

Gununsesi.info