Bakıda mənzildə 80 yaşlı qadının meyiti tapıldı

  • By admin
  • 06 İyul 2017 07:18

meyit

Bakıda mənzildə 80 yaşlı qadının meyiti tapılıb.

Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedicilər hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1937-ci il təvəllüdlü Samayelova Roza Samayıl qızının meyitini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 02:01-də başa çatıb.

Gununsesi.info