Bakıda mənzildə kişi meyiti aşkarlandı

  • By admin
  • 16 Noyabr 2016 09:33

meyid

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nərimanov rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və 1960-cı təvəllüdlü Ali Devrimin cəsədini aşkar edərək aidiyyati üzrə təhvil verilib. Əməliyyat saat 23:12-də başa çatıb.
Anar
Gununsesi.info