Bakıda mənzildə kişi meyiti tapıldı

  • By admin
  • 29 Sentyabr 2021 14:39

Bakıda mənzildə kişi meyiti tapılıb.

Bu barədə Gununsesi.info Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

Nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, paytaxtın Nərimanov rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1957-ci il təvəllüdlü Əhmədov Zahid Azay oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Gununsesi.info