Bakının Yasamal rayonunda bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Fövqəlada Hallar Nazirliyindən (FHN) Gununsesi.info-ya verilən məlumata görə, Nazirliyin hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açıb və orada aşkarlanan, 1964-cü il təvəllüdlü Sivuşkin Dmitri Gennadiyeviçin cəsədini aidiyyəti üzrə təhvil verib.
Gununsesi.info