Bakıda mənzildə qadın meyiti aşkarlanıb

  • By admin
  • 10 Noyabr 2016 19:16

img2242736

 

Bakıda mənzildə 47 yaşlı qadının meyiti aşkarlanıb.

Gununsesi.info-nun xəbərinə görə, hadisə Nərimanov rayonu, Ağa Nemətullah küçəsi,  ev 73, mənzil 31-də qeydə alınıb.

Burada 1969-cu il təvəllüdlü Valentina Şətiyevanın meyiti aşkarlanıb. Qadının ölüm səbəbini müəyyən etmək üçün onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya (MTE və PA) Birliyiinn Nərimanov rayon şöbəsinə göndərilib.

Qeyd edək ki, V.Şətiyeva Rusiya Federasiyasının Orenburq vilayətində anadan olub.

 

 

Gununsesi.info