Bakıda mənzildən 107 min dollar oğurlanıb

  • By admin
  • 18 Oktyabr 2016 09:40

dollar

Bakıda mənzildən külli məbləğdə pul oğurlanıb.

Gununsesi.info-nun xəbərinə görə, hadisə Bakının Xətai rayonu İsmayıl Məmmədov küçəsində yerləşən yeni tikilidə qeydə alınıb.

Belə ki, 1974-cü il təvvəllüdlü Həbib Babayev hüquq-mühafizə orqanlarına müraciət edərək evdə olmadığı müddətdə 107 min ABŞ dolları pulunun oğurlandığını bildirib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

Gununsesi.info