![](https://www.gununsesi.info/wp-content/uploads/2023/01/meyit_qadin.jpg)
Bakıda mənzildən bir ailənin 4 üzvünün meyiti aşkarlanıb.
Gununsesi.info Trend-ə istinadla xəbər verir ki, hadisə bu gün paytaxtın Nərimanov rayonu, Ağaoğlu küçəsi 7 ünvanında qeydə alınıb. Həmin ünvanda yerləşən mənzillərdən birində bir ailənin 4 üzvünün meyiti tapılıb.
Hazırda hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerindədir. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Gununsesi.info