Bakıda mənzildən kişi meyiti tapılıb

  • By admin
  • 26 Aprel 2017 07:20

kisi meyiti

Nəsimi rayonunda mənzildə meyit tapılıb.

Gununsesi.info Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Bakı şəhəri, Nəsimi rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və 1949-cu il təvəllüdlü Qədirov Ramiz Əlixan oğlunun cəsədini aşkar edərək aidiyyati üzrə təhvil veriblər.

Gununsesi.info