Bakıda mənzildən pul və qızıl oğurlanıb

  • By admin
  • 23 Yanvar 2018 11:48

Bakıda mənzildən xeyli miqdarda pul və qızıl oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 21-də rayon ərazisindəki evlərin birindən 1800 manat və 3000 ABŞ dolları, habelə 700 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Şamaxı rayon sakini, əvvəllər məhkum olunmuş Rəşad Əhmədov saxlanılıb.

Gununsesi.info