
Qaradağ rayonu Müşfiq qəsəbəsi 5 e 26 cı mənzildə oğurluq hadisəsi qeydə alınıb. Gununsesi.info xəbər verir ki, Soltan Şıxıyevə məxsus mənzildə qeydə alınan hadisə səhər saatlarında baş verib. Ev sahibinin dediyinə görə, onlar evdə olmadığı bir vaxtda eyvanın qapısını açıq qoyublar. Mənzil binanın sonuncu, yəni 9- cu mərtəbəsində yerləşir. Oğrular isə bu əlverişli şəraitdən istifadə edib. Mənzilə daxil olduqdan sonra naməlum şəxs və ya şəxslər yataq otağını ələk -vələk ediblər və paltar dolabındakı dəyəri 8 min manat olan qızıl- zinyət əşyalarını götürüblər. Bundan başqa 2900 manat nəğd pul və ev sahibinin oğluna məxsus sənədələri də aparıblar. Ev sahibinin şikayəti əsasında mənzilə kriminalistlər gəlib. Əşyalar maddi sübut götürtülüb, əl izləri də çıxarılıb. Hazırda Qaradağ rayon polis idarəsinin əməkdaşları oğruluq baş verən zaman binanın damına yaxın ərazidə yerləşən müşahidə kamerasının da görüntülərini araşdırır.
Gununsesi.info