Bakıda mənzildən qadın meyiti aşkarlandı

Bakı şəhərinin Səbail rayonunda bir nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Gununsesi.info bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1949-cu il təvəllüdlü Cəfərova Müşqina Hüseyn qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

Gununsesi.info