
Bakı Metropoliteninin “28 May” stansiyasının platformasında Sumqayıtdan olan qadın sərnişinin çantasından oğurluq edən şəxs yaxalanıb.
Gununsesi.info-nun xəbərinə görə, Metropolitendə polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq etməkdə ittiham edilən Bakı şəhər sakini Cümşüd Qocayev tutulub.
Qeyd edək ki, C.Qocayev metronun “28 May” stansiyasının platformasında Sumqayıtdan olan bir qadının çantasından içərisində 122 AZN, sənəd və açarlar olan pul qabını oğurlamaqda şübhəli bilinib.
Xatırladaq ki, Cümşüd Qocayevin əvvəllər də məhkum olunduğu müəyyənləşdirilib.
Gülnaz Qənbərli
Gununsesi.info