Bakıda məşhur plazada atışma –  Başından güllələdilər + Yenilənib

  • By admin
  • 07 Yanvar 2017 15:35

demirci

 

Bakıda ofisdə qətl hadisəsi baş verib.

Gununsesi.info “Report”a istinadən xəbər verir ki, hadisə İraq Hava Yollarının Bakı ofisində qeydə alınıb.
Orta yaşlı naməlum şəxs ofisdə işləyən qızın baş nahiyəsinə odlu silahdan atəş açaraq onu qətlə yetirib.

Hadisənin məişət zəminində baş verdiyi ehtimal edilir.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.

***

SalamNews-un xəbərinə görə, qətli törətməkdə şübhəli bilinən Elşən Bəşirov saxlanılıb.

***

Gununsesi.info-nun əldə etdiyi məlumata görə, hadisə baş verən ofis “Xətai” metro stansiyasının yaxınlığındakı məşhur plaza “Demirchi Tower”də yerləşir.

***

Gununsesi.info-nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, silahlı insident nəticəsində 1993-cü il təvəllüdlü Bakı şəhər sakini Ağalı Əli Valid oğlu qətlə yetirilib. O, “Vinçester” tüfəngindən açılan atəşlə öldürülüb. Ə. Ağalı İraqın Azərbaycandakı səfirinin müavininin qardaşıdır.

***

Qətlə yetirilən şəxsin İraq səfirliyinin əməkdaşının qardaşı olduğu məlum olub.

 

 

Gununsesi.info