Bakıda məşhur xəstəxanaya yeni baş həkim təyin edildi

  • By admin
  • 30 Mart 2022 13:15

Akademik Mirməmməd Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasına direktorun müavini – baş həkim təyin olunub.

Bu barədə  Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Qeyd olunub ki, Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanovun əmri ilə Kərimov Nicat Məhərrəm oğlu bu vəzifəyə təyinat alıb.

Gununsesi.info