Bakıda məktəbli qız itkin DÜŞDÜ

  • By admin
  • 11 Mart 2022 09:52

Bakıda 13 yaşlı qız itkin düşüb.

Gununsesi.info Apa-ya istinadən xəbər verir ki, Binəqədi rayonu Gülüstan qəsəbəsində yaşayan Aytən Rəsulova Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə müraciət edərək bildirib ki, onunla yaşayan 2009-cu il təvəllüdlü qızı Selin İbrahimova ötən gün saat 14 radələrində evdən çıxıb və geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info