Bakıda mənzildə yanğın olub - 11 YAŞLI QIZ YANARAQ DÜNYASINI DƏYİŞİB

  • By admin
  • 29 Sentyabr 2019 10:20

Gununsesi.org-un məlumatına görə, Bakıda ölümlə nəticələnən yanğın hadisəsi baş verib.

FHN xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Ümumi sahəsi 30 m² olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları yanıb. Yanğının kəşfiyyatı zamanı 2008-ci il təvəllüdlü Ələkbərova Firuzə Qabil qızının yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gununsesi.org