Bakıda mənzildən 48 yaşlı kişinin meyiti tapılıb

  • By admin
  • 01 Dekabr 2016 23:00

olum

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə paytaxtın  Xətai rayonunda evdə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Gununsesi.info-nun FHN-nin saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq evin qapısını açıb və 1968-ci il təvəllüdlü Əliyev Rauf Rəis oğlunun cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Gununsesi.info