Bakıda mənzildən 52 yaşlı kişinin meyiti tapıldı

  • By admin
  • 20 Sentyabr 2021 15:46

Bakıda mənzildə kişi meyiti tapılıb.

Bu barədə Gununsesi.info-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1969-cu il təvəllüdlü Mutalov Əliyar Paşa oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Gununsesi.info