Bakıda mənzildən 81 yaşlı şəxsin meyiti tapılıb

  • By admin
  • 10 Fevral 2022 19:19

Bakıda mənzildən meyit tapılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1941-ci il təvəllüdlü Nuriyeva İqlimə Feyzulla qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

Gununsesi.info