Bakıda mənzildən külli miqdarda pul oğurlandı

  • By admin
  • 20 Oktyabr 2021 15:16

Bakıda mənzildən oğuluq edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Gununsesi.info-ya verilən xəbərə görə, Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 17-də rayon ərazisindəki evlərin birindən 500 manat və 4000 ABŞ dolları oğurlandığı məlum olub.
Oğurluqda şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş E.Şirinov saxlanılıb.

Gununsesi.info