Bakıda mənzildən qadın meyiti tapıldı

  • By admin
  • 07 Noyabr 2021 19:08

Bakı şəhərinin Xəzər rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Gununsesi.info FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1958-ci il təvəllüdlü Məmmədova Nərminə Fərman qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

Gununsesi.info