Bakıda məşhur restoranda yanğın baş verib –  Yenilənib

  • By admin
  • 07 Fevral 2018 21:36


Bakıda yanğın hadisəsi qeydə alınıb.

Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən restoranın mətbəxinin tüstü bacasında yağ qalıqları yanıb.

Restoranın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

***

Xocalı prospektində yerləşən məşhur “Sumax” restoranında yanğın baş verib.

Gununsesi.info xəbər verir ki, havalandırma sistemində yaranan nasazlıq restoranda yanğının başlamasına səbəb olub.

Əraziyə FHN-nin yanğınsöndürənləri cəlb edilib.

Restoran yaşayış binasında yerləşdiyi üçün orada yaşayan sakinlər təxliyə olunublar.

Yanğının söndürülməsi üçün işlər aparılır.

Gununsesi.info