Bakıda məzəli oğurluq: Velosiped onu sürə bilməyən cinayətkarı yarı yolda qoydu - VİDEO

  • By admin
  • 28 Fevral 2023 19:36

Bakı şəhərində məzəli oğurluq hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, həyətlərin birindən velosiped oğurlayan şəxs onu sürə bilmədiyindən əvvəlcə divara çırpılıb, daha sonra yolun hərəkət hissəsində yıxılıb.

Sonda velosipedin sahibinin gəldiyini görən şəxs ərazidən tələsik uzaqlaşmaq istəyərkən yolayrıcında avtomobilə dəyib.

Bundan sonra o, oğurladığı velosipedi ataraq qaçıb.

Həmin görüntüləri təqdim edirik:

Gununsesi.info