
Bakıda vətəndaş tərəfindən icarəyə götürülmüş mağaza yanıb.
Gununsesi.info Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, şəhərin Nərimanov rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaş tərəfindən icarəyə götürülmüş, ümumi sahəsi 35 m² olan meyvə-tərəvəz mağazasında 1 ədəd kondisioner, taxta taralar 2 m² sahədə və 1 ədəd stul yanıb.
Mağaza yanğından mühafizə olunub. Yanğın saat 10:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Anar
Gununsesi.info












