
Bakıda vətəndaşa məxsus, tikinti materialları mağazası yandı.
Gununsesi.info Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Xətai rayonunda ikimərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində, vətəndaşa məxsus, tikinti materialları mağazasının ümumi sahəsi 4 m² olan gözətçi köşkünün yanar konstruksiyaları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.Yanğın saat 02:27-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Anar
Gununsesi.info









