Bakıda mağazada müştərinin pulu oğurlandı

Bakıda mağazada müştərinin pul kisəsini oğurlayan gənc tutulub.

Gununsesi.org xəbər verir ki, hadisə iyunun 27-də Nəsimi rayonu, N.Şahbazov küçəsində yerləşən mağazaların birində qeydə alınıb.

Belə ki, mağazanın müştərisi İ.Səfərliyə məxsus içərisində 1 530 manat, 200 ABŞ dolları və sənədləri olan pul kisəsi oğurlanıb.

Daha sonra İ.Səfərli hadisə barədə polis əməkdaşlarına müraciət edib.

Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində pul kisəsini oğurlamaqda şübhəli bilinən Qobustan rayon sakini, 2002-ci il təvəllüdlü, əvvəllər Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə məhkum olunmuş Kənan Alcanov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.org