Bakıda mağazadan qızıl qolbaq oğurlandı

Bakıda mağazadan oğurluq edilib.

 

Gununsesi.info DİN-ə istinadən xəbər verir ki, Yasamal RPİ 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oktyabrın 24-də rayon ərazisindəki mağazaların birindən 1600 manat dəyərində qızıl qolbaq oğurlamaqda şübhəli bilinən Tərtər rayon sakini Emil Quliyev müəyyən olunaraq saxlanılıb.

 

Araşdırma aparılır.

 

Gununsesi.info